2 C
Baku
Saturday, December 14, 2024

Enerji içkiləri yenidən ucuzlaşdı – Aksiz təxirə salındı

Vergi qanunvericiliyinə edilən dəyişikliklərdən sonra spirtli içkilərlə birgə enerji içkilərinin də qiymətləri artmışdı. Lakin yeni məlumata görə, aksiz vergisinin tətbiq edilməsi bir qədər ləngiyib.

Banker.az saytının “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, “Hell Azərbaycan” şirkətinin marketinq dirketoru Müşviq İsgəndərov bildirib ki, aksiz vergisinin tətbiq edilməsi bu ilin fevral ayının ortalarına qədər təxirə salındığı üçün onlar enerji içkilərini həmin müddətə qədər köhnə qiymətlə satacaqlar.

Yanvarın 1-dən 1 manatdan 2 manata qalxan “Hell” bu gün yenə əvvəlki qiymətinə, 1 manata satılır.

Son xəbərlər
Digər xəbərlər