7 C
Baku
Thursday, December 12, 2024

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ay 5 enerji layihəsini qəbul etməyib

Bu ilin fevral ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) 23 tikinti obyektinin enerji təchizat layihəsini ekspertizadan keçirib və qeydiyyata alıb.

Bu barədə AERA-ya istinadən xəbər verir.

Məlumata görə, enerji təchizat layihəsinin ekspertizası nəticəsində aşkar olunmuş çatışmazlıq səbəbindən 5 enerji təchizat layihəsinin qeydiyyata alınmasından imtina edilib.

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 20 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 4 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 8 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər