-3 C
Baku
Sunday, December 15, 2024

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti 4 dəfəyə yaxın azalıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2020-ci ili 2 milyon 225 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə Agentliyin mənfəəti 8 milyon 235 min manat idi. Belə ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mənfəəti 3.7 dəfə azalıb.

Banker.az bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

2020-ci ildə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ümumi gəlirləri 12 milyon 522 min manat, inzibati və digər əməliyyat xərcləri 10 milyon 11 min manat, dəyərsizləşmə üzrə ehtiyat gəlirləri 1 milyon 686 min manat, dəyərsizləşmə üzrə ehtiyat xərcləri 1 milyon 986 min manat, digər gəlirləri 18 min manat təşkil edib.

31 dekabr 2020-ci il tarixinə Agentliyin cəmi aktivləri 18 milyon 379 min manat olub. 2019-cu ilin müvafiq dövründə isə cəmi aktivləri 16 milyon 200 min manat təşkil edib ki, bu da illik müqayisədə 14% artım deməkdir.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ötən il cəmi öhdəlikləri 994 min manat, cəmi kapitalı isə 17 milyon 386 min manat təşkil edib.  Beləliklə, illik müqayisədə Agentliyin cəmi öhdəlikləri 4% azalıb, kapitalı isə 15% artıb.

Son xəbərlər
Digər xəbərlər