29 C
Baku
Saturday, July 13, 2024

Enerji təchizatı çatışmazlığı Avropa şirkətlərinə necə təsir edib?

Avropada istehsal prosesində yüksək enerji tələbatı olan şirkətlər sürətlə artan enerji xərclərinə görə istehsalı müvəqqəti və ya daimi olaraq dayandırır yaxud azaldır. Bəs enerji təchizatı çatışmazlığı Avropada hansı şirkətlərə necə təsir edib?

  • Hollandiyanın sink istehsalçısı “Nyrstar” əməliyyatları ən çox dayandıran və istehsalı azaldan şirkətlərdən biridir.
  • Dünyanın ikinci ən böyük polad istehsalçısı olan “ArcelorMittal” üç polad zavodunun bəzi hissələrini bağlayıb. Belə ki, mövcud şərtlər və azalan tələb polad istehsalı üçün xərcləri artırıb.
  • Keçən il 290 min ton istehsal həyata keçirən Avropanın ən böyük alüminium zavodu olan “Alüminium Dunkerque”nin baş icraçı direktoru Quillaume de Qoys açıqlayıb ki, şirkət dördüncü rübdə  istehsalı 22% azaldacaq.
  • Alman alüminium şirkəti “Speira” Almaniyadakı zavodunda istehsalı noyabr ayınadək 50% azaldacağını açıqlayıb. Şirkət noyabrdan sonra əvvəlki istehsal həcminə qayıtmağı düşünür. Həmçinin bildirilib ki, şirkətin işçilərini ixtisar etmək kimi bir planı yoxdur.
  • Hollandiyanın yeganə əsas alüminium istehsalçısı olan “Aldel” ildə 110 min ton alüminium və 50 min ton təkrar emal edilmiş alüminium istehsal etmək gücünə malikdir. Sentyabr ayından etibarən “Aldel” də enerji qiymətlərinin artması səbəbindən istehsalını azaldan və ya dayandıran şirkətlərin siyahısına qoşulub.
  • Bir çox taxıl bitkiləri ammonyak əsaslı gübrələr tələb edir. İstehsal prosesi təbii qaz qiymətlərindən çox təsirlənən gübrə istehsalçıları isə artan xərclərə cavab olaraq fəaliyyətini dayandırmağa davam edir. Baş ofisi Norveçdə olan və 60-dan çox ölkədə fəaliyyət göstərən dünyanın ən böyük gübrə şirkəti “Yara” Avropada ammonyak əsaslı karbamid və azot gübrəsi istehsalını 50% azaldıb.
  • Polşa şirkətləri “Grupa Azoty” və “PKN Orlen”, Böyük Britaniya şirkəti “CF Fertilizers UK” gübrə istehsalını dayandıran böyük istehsalçılar siyahısındadır.
  • Polşanın üçüncü ən böyük pivə şirkəti “Carlsberg Polska” pivə istehsalını dayandırmağı planlaşdırdığını və digər istehsalçıların da eyni şeyi etməli olduğunu açıqlayıb.

Banker.az bu məqalədə Bloomberg-ə istinad edir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər