Have a Question?
Bakken formasiyası (Bakken formation) – yüngül neftin ən böyük yataqlarından biridir. Formasiya Şimali Amerikanın Uilliston neft və qaz hövzəsi ərazisində, ABŞ-ın Şimali Dakota və Montana, Kanadanın isə Saskaçevan və Manitoba əyalətlərində yerləşir.
Bakken formasiyası “Three Forks” və Missisipinin (karbon) “Logdepole” əhəngdaşı sərhədlərində qayalar şəklində formalaşıb. Dərinliyi 2,5-3,5 km, sahəsi 0,5 mln. km2, qalınlığı isə 40 m qədər təşkil edir.
Bakken formasiyası 1953-cü ildə aşkar edilmişdir, 1970-2000-ci illər arasında ənənəvi “qara qızıl” mədən üsulları ilə inkişaf etdirilib.
2000-ci illərdə meylli üfüqi qazma və hidravlik qırılma, o cümlədən çox mərhələli qazmadan istifadə edərək, Bakken formasiyasında neft hasilatı başlandı.