1 C
Baku
Saturday, December 14, 2024

Bank sistemi nədir?

0

Have a Question?

Bank sistemi – bir-biri ilə sıx əlaqədə olan və dayanıqlı inkişafını təmin edən bankların, bank olmayan qurumların və bank infrastrukturunun məcmusudur.

Bank sistemlərinin təsnifatı müxtəlif kriteriyalar üzrə aparıla bilər.

Bank münasibətlərinin tipindən asılı olaraq paylama, keçid və bazar bank sistemlərini ayırd etmək olar. Bazar tipli sistem rəqabət və tənzimləmə, paylama tipli sistem bazar elementlərinin olmaması, ciddi reqlament və mərkəzləşmə ilə xarakterizə olunur. Keçid tipli bank sistemi isə özündə həm bazar, həm də paylama sistemlərinin xüsusiyyətlərini birləşdirir (rəqabət və tənzimləmə).

Bundan əlavə, bank sistemlərinin səviyyələri sistemlərin növü (paylama və ya bazar) əsasında fəaliyyət göstərir. Təcrübədə bir, iki və üç səviyyəli sistemlərə rast gəlinir.

Bank sistemlərini modellərə görə təsnif edərək rəqabətqabiliyyətli, oliqopolik və inhisarçı modellərini ayırd edə bilərik. Siniflər üzrə – milli, üstmilli və dünya bank sistemləri.

İxtisaslaşma üzrə bank sistemlərinin universal və ixtisaslaşmış növünü göstərmək olar. İxtisaslaşmış modeldə kredit və investisiya fəaliyyətini birləşdirmək qadağandır. Bank sisteminin universal modeli, əksinə, kreditləşmə və investisiyanın birləşməsinə imkan yaradır.

Bank sisteminin inkişaf dərəcəsindən asılı olaraq praktikada aşağıdakılara rast gəlinir:

Ekstensiv model. Məhdud sayda bank xidmətləri, aktivlər və öhdəliklər bazarında aqressiv siyasət, aşağı diversifikasiya dərəcəsi, risklərin yüksək konsentrasiyası, rəqabətin inkişaf səviyyəsi və bazar intizamı ilə xarakterizə olunur;

İntensiv model. Rəqabətin yüksək səviyyədə inkişafı, yüksək şəffaflıq və bazar intizamı, genişlənmiş müasir infrastrukturun olması, bank kapitallaşmasının yüksək dərəcəsi, balanslı biznes və nəzarət orqanlarına təqdim olunan məlumatların etibarlılığı ilə xarakterizə olunur.