Have a Question?
Bank autsorsinqi (və ya bank sektorunda autsorsinq) – bankın müəyyən funksiya və ya biznes-proseslərini tam və ya hissəli şəkildə kənar təşkilata həvalə etməsinə deyilir.
Bank sektorunda autsorsinqdən istifadə edilməsinin əsas səbəbləri arasında xərclərə qənaət, xidmətlərin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, qabaqcıl texnologiyalardan və digər şirkətlərin təcrübəsindən istifadə etmək imkanı, biznes proseslərinin həyata keçirilməsi ilə əlaqəli risklərin azaldılması və s. göstərmək olar.
Bank autsorsinqinin tətbiqi prosesi öz əksini Bazel Komitəsinin “Outsourcing in Financial Services” sənədində tapıb. Sənəddə həmçinin kredit təşkilatlarının kənar təşkilatlara həvalə etdikləri işlərin və xidmətlərin siyahısı göstərilib. Bunlara nəqliyyat və təmir xidmətləri; daşınmaz əmlakın idarə edilməsi; marketinq; informasiya texnologiyalarının istifadəsi ilə bağlı proseslər; çağrı mərkəzlərinin fəaliyyəti; logistika; təmizləmə, mühafizə və auditor fəaliyyəti; müştərilərin cəlb edilməsi və sorğuların emalı; bank kartlarının prosessinqi və s. aid olunur.
Bank sektorunda autsorsinqin həyata keçirilməsinin həm müsbət, həm də mənfi tərəfləri vardır. Üstünlüklərə aiddir: xərclərə qənaət, texniki xidmət xərclərini azaltmaqla kredit təşkilatının gəlirliliyini və digər maliyyə göstəricilərini artırmaq, iş yerlərinin sayına qənaət, vergi ödəmələrini optimallaşdırmaq imkanı.
Autsorsinq sahəsindəki qanunvericilik bazasının çatışmazlıqlarına gəldikdə, müştəri məlumatlarının məxfiliyinin təmin olunmasına zəmanətin verilməməsi, təhlükəsizliyin qeyri-kafiliyini qeyd emtək olar.