10 C
Baku
Friday, December 13, 2024

Bank kartlarının emitenti

0
Bank kartlarının emitenti

Have a Question?

Bank kartlarının emitenti – ödəniş sisteminin iştirakçısı olan və bank kartlarını buraxan kredit təşkilatına deyilir. Bu kartların sahibləri tərəfindən istifadəsi nəticəsində yaranan maliyyə öhdəliklərinin yerinə yetirilməsinin qarantı kimi çıxış edir.

Emitent bank aşağıdakı funksiyaları yerinə yetirir:

  • kartlarını buraxılması və müştərilərə təhvil verilməsi. Kartı təhvil verməzdən əvvəl, bank onun gələcək sahibi üçün şəxsi hesab açır. Qeyd etmək lazımdır ki, bu halda kart kredit təşkilatının mülkiyyəti olaraq qalır və müştəriyə yalnız istifadə üçün verilir;
  • avtorizasiyanı həyata keçirir, yəni, kart və onun sahibi haqqında alınan məlumatları yoxladıqdan sonra əməliyyatların mümkünlüyü ilə bağlı gələn sorğulara cavab verir;
  • müştərinin mal və ya əmtəə aldığı mağazanın (ticarət nöqtəsinin) hesabını kart sahibinin hesabından müvafiq məbləği çıxarmaqla ödəyir;
  • hesabat dövrü ərzində görülən bütün əməliyyatları, habelə müştərinin bank qarşısında borcu olduqda, ödəmə müddətləri və şərtlərini göstərən hesabatlarını hazırlayaraq müştəriyə göndərir;
  • təhlükəsizliyi təmin edir. Məsələn, oğurlanmış kartlar, hesabların bloklanması və s. barədə hesabatlar hazırlayır;
  • digər kredit təşkilatları ilə məlumat mübadiləsini həyata keçirir;
  • kart hesabları üzrə əməliyyatların uçotunu aparır;
  • müştəri müraciətlərinə cavab verir, şikayətləri nəzərdən keçirir və s. ;

Maliyyə müəssisəsi eyni anda həm emitent, həm də ekvayerin funksiyalarını yerinə yetirə bilər.