13 C
Baku
Sunday, November 24, 2024

Bank dividendləri nədir?

0

Have a Question?

Dividendlər – bankın mənfəətinin bir hissəsidir (açıq və ya qapalı səhmdar cəmiyyət), səhmdarlara onlara məxsus səhmlərin sayına və növünə nisbətdə mükafat olaraq göndərilir. Bir qayda olaraq, dividendlərin həcmi və ödənilməsi qaydası səhmdarların ümumi yığıncağı tərəfindən müəyyən edilir.

İmtiyazlı səhmlər üzrə dividendlərin miqdarı çox vaxt sabi olur. Adi səhmlər üzrə dividendlər isə mənfəətin həcmindən asılıdır. Səhmdarların yığıncağının qərarı ilə adi səhmlər üzrə dividentlər ümumiyyətlə ödənilməyə bilər. Dividendləri nağd şəkildə ödəmək adətdir, lakin bəzən bankın səhmləri və ya digər əmlakı formasında da almaq mümkün olur.