10 C
Baku
Wednesday, December 11, 2024

Bankların birləşməsi

0

Have a Question?

Bankların birləşməsi – bir və ya daha çox hüquqi şəxsin ləğv edildiyi və nəticədə yeni kredit müəssisəsinin yaradıldığı yenidəntəşkil növüdür. Bu zaman bütün birləşmə iştirakçılarının hüquq və vəzifələri təhvil aktının imzalanması nəticəsində yeni yaradılmış hüquqi şəxsə keçir.

Bankların birləşməsində əsas çətinlik yaradılmış kredit təşkilatı üçün yeni lisenziya almaqdan ibarətdir.

İqtisadi baxımdan bankların birləşməsi onların kapital və aktivlərinin artmasına gətirib çıxarır ki, bu da bankların güclənməsinə kömək edir. Bundan başqa, bu cür yenidənqurma bazarda payın artmasına, idarəetməyə çəkilən xərclərin azalsına gətirib çıxarır. Bank məhsullarının çeşidi artır, mövcudluğun coğrafiyası genişlənir.

Şirkətlərin, o cümlədən bank sektorunun birləşməsi 1990-2000-ci illərə təsadüf edir. Həmin dövrdə birləşmə nəticəsində Bank of America Merrill Lynch, J. P. Morgan Chase və başqa nəhənglər yaradılmışdır.