17 C
Baku
Sunday, May 5, 2024

Bank kartının aktivləşdirilməsi

0
Bank kartının aktivləşdirilməsi

Bank kartının aktivləşdirilməsi

Kartın aktivləşdirilməsi, bu kart ilə həyata keçirilən əməliyyatlarda kredit təşkilatının müəyyən etdiyi məhdudiyyətlərin aradan qaldırılması üçün lazımdır. 

Kartı bir neçə üsul ilə aktivləşdirmək mümkündür:

  • PİN-koddan istifadə edərək kart vasitəsilə bankomatda hər hansısa əməliyyatı həyata keçirmək, məsələn, kartın balansını yoxlamaq – bu ən çox istifadə olunan üsullardan biridir.
  • Bankın dəstək xidmətinə zəng edərək işçiyə kartın nömrəsini və fərdi məlumatları verməklə kartın aktivləşdirilməsini tələb etmək.
  • Şəxsiyyət vəsiqəsi və kartla birlikdə bankın özünə müraciət etmək

Bir sıra banklar bank kartlarını poçtla göndərirlər, qanun buna qadağa qoymur. 

Bank kartını poçtla təhvil aldıqdan sonra əvvəlcə kartla birlikdə göndərilən sənəd, məktub, müqavilə və s. göstərilən informasiyanı diqqətlə oxuyun. Kartın aktivləşdirilməsi qaydaları da məhz həmin sənədlərdə qeyd edilməlidir. 

Əgər poçtla göndərilən karta ehtiyacınız yoxdursa (debet və ya kredit kartı olmasından asılı olmayaraq), onu məhv etməyiniz məqsədəuyğundur. Siz eyni zamanda banka müraciət göndərərək, bu xidmətdən imtina edə bilərsiniz.