10 C
Baku
Thursday, December 12, 2024

Bank multiplikatoru

0

Have a Question?

Bank multiplikatoru – kommersiya banklarının depozit-kredit əməliyyatları nəticəsində pul kütləsinin (pulların multiplikasiyası) artmasıdır. Bu proses mərkəzi banklar tərəfindən məcburi ehtiyat yaratma normativlərinin köməyi ilə pul-kredit siyasəti çərçivəsində nizamlanır.

Pul kütləsinin multiplikasiyası ayrı-ayrı banklar üçün deyil, ümumilikdə bank sistemi üçün mümkündür. Tutaq ki, kredit təşkilatları çün mütləq ehtiyatın faizi 5% həcmində təyin edilib. Bu zaman bank müştərisi 1000 AZN həcmində depozit yatırdıqda, 50 manat Mərkəzi bankda müxbir hesabda qalır, 950 manat isə bankın səlahiyyətinə keçir və kredit olaraq verilir. Kreditor onları xərcləyir və onlar başqa bankda bir hesaba düşür. İkinci kredit təşkilatı əldə edilən məbləğin 5%-ni ehtiyata köçürür, geri qalan 95%-ni isə yenidən kredit olaraq təqdim edir. Və bu belə davam edir. Nəticədə bank sistemində nağdsız pulların sayı dəfələrlə artır. Bu proses həmçinin kredit genişlənməsi, yaxud bank sisteminin kredit pullarının emissiyası adlandırılır.

Müştərinin öz depozitini geri götürməsini təsəvvür edək. Belə olduqda, proses əks ardıcıllıqla gedir və kredit daralması baş verir.

Məcburi ehtiyat yaradılması faizinin artırılması bank sisteminə kredit pullarını emissiya edilməsi imkanını azaldır və əksinə.

İqtisadiyyata stimullaşdırma tələb olunan şəraitdə dərəcələr aşağı düşür. Pul kütləsi artır, kreditlər üzrə faizlər isə aşağı düşür. İqtisadiyyatın həddindən artıq gərginləşməsi, yaxud yüksək inflyasiya təhlükəsi yarandığı halda isə əks tədbirlər həyata keçirilir.