7 C
Baku
Sunday, December 15, 2024

Bank Nəzarəti üzrə Bazel Komitəsi

0

Have a Question?

Bank Nəzarəti üzrə Bazel Komitəsi, bank standartlarını müəyyənləşdirmək məqsədilə ildə dörd dəfə görüş keçirən və Beynəlxalq Hesablaşmalar Bankına bağlı olan mərkəzi bankların nümayəndələrinin birliyidir.

Bu gün Komitəyə Argentina, Avstraliya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Hong Kong, Hindistan, İndoneziya, İspaniya, İtaliya, Kanada, Çin, Koreya, Lüksemburq, Meksika, Hollandiya, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Afrika, İsveç, İsveçrə, ABŞ, Türkiyə, Fransa və Yaponiya kimi ölkələrin mərkəzi banklarının nümayəndələri daxildir. 

Bazel Komitəsi iştirakçı ölkələrdə bank nəzarətinin keyfiyyətinin yaxşılaşdırılmasında iştirak edir, mərkəzi banklar arasında məlumat mübadiləsini təşkil edir, bank fəaliyyətinin monitorinqinə vahid yanaşma tərtib edir, ümumi standartları və qaydaları hazırlayır və mərkəzi banklara tövsiyələr verir.

Bu gün Bazel Komitəsinin alt qrupları quruluşlarına görə əsas dörd istiqamətdə fəaliyyət göstərirlər: mövcud bank standartlarına (Bazel-I, Bazel-II kimi) uyğunluğun monitorinqi, onların təkmilləşdirilməsi, vahid beynəlxalq mühasibat standartların və onların standartları müəyyən edən digər tərtibatçılarla razılaşdırılması (sığorta, qiymətli kağızlar bazarında və s.). 

Bazel Komitəsinin tövsiyələri məcburi deyil, lakin, bir qayda olaraq, iştirakçı ölkələrin qanunvericiliyində əks olunur.