Bankın səhmdarı

    Bankın səhmdarı – bankın bir və ya daha çox aksiyasına sahib olan fiziki və ya hüquqi şəxsdir. Hər bir səhmdar, ona məxsus səhmlər paketinin həcmindən asılı olmayaraq, səhmdarların ümumi toplantısında iştirak edə və sahib olduğu səhm paketinə mütənasib olan qazancından divident ala bilər (əgər ümumi toplantı dividend ödəməyi qərara alarsa). 

    Majoritar səhmdar bankın səhmlərinin idarəetmə paketində sahib olan şəxsdir (minimum olaraq 50% +1 səhm). O, bankın idarə olunmasında iştirak etmək hüququna malikdir. Adi səhmlərin sahibləri ümumi toplantılarda iştirak etmək, səlahiyyətlərinə aid olan bütün məsələlər üzrə səs vermək və dividend almaq hüququna malikdirlər. Cəmiyyət ləğv edildikdə onun əmlakının bir hissəsinə sahib olurlar. 

     


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları