Have a Question?
“Bazel I” – Bazel Bank Nəzarəti Komitəsinin bankların kapital tələblərinə dair imzaladığı ilk razılaşmadır. 1988-ci ildə bank icması və nəzarət orqanlarının 1970-1980-ci illərdə müşahidə olunan maliyyə vasitəçilərinin böyük itki və iflas hallarına reaksiyası kimi inkişaf etdirilmişdir.
“Bazel I” in əsas ideyası əsas ideyası bankların kapitalın adekvatlıq əmsalına nəzarət etmək üçün tənzimləmə sistemi quraraq kredit risklərini və bankların mümkün zərərlərini məhdudlaşdırmaqdan ibarətdir.
Sənədin əsas müddəaları:
- bankın maliyyə sabitliyi kredit riskini ödəmək üçün kapitalın adekvatlıq əmsalı ilə müəyyən edilir. Kapitalın adekvatlıq əmsalı (bəzən tənzimləmə kapitalı və ya Kuk nisbəti adlandırılır) risk nəzərə alınmaqla müəyyən edilən aktivlər və balansdankənar maddələr miqdarının 8% -i səviyyəsində müəyyən edilir və kapitalın ümumi aktivlərə nisbəti kimi hesablanır
- kredit riskinin ölçüsünü müəyyənləşdirilməsi aktivin dəyərini riskin əmsallarına vurmaqla (ölçməklə) əldə edilir. Bunun üçün aktivlər risk əmsalı üzrə aşağıdakı ölçülərə bölünür: 0, 20, 50 və 100. Risk nə qədər yüksək olarsa, çəki də bir o qədər böyükdür
- Adekvatlıq əmsalını yoxladığımız kapitalın ümumi miqdarı iki səviyyədən ibarətdir: səviyyə 1 – nizamnamə kapitalı və elan edilmiş ehtiyatlardır, səviyyə 2- bu, ölkə qanunvericiliyinə uyğun olaraq keyfiyyətsiz kapital, gizli ehtiyatlar və s. daxil olduğu əlavə kapitaldır.
“Bazel I” in bank nəzarəti sahəsində tətbiq etdiyi yeniliklərə baxmayaraq, bu müqavilədə bir sıra çatışmazlıqlar vardır: bütün diqqətini yalnız kredit riskinin idarə edilməsinə yönəldir, digər risklərə məhəl qoymur; ehtimal olunan real vəziyyətlərin müxtəlifliyini nəzərə almayan kredit riskinin sadələşdirilmiş dərəcəsini ehtiva edir və s.;
Bütün bu kimi çatışmazlıqları nəzərə alaraq, 2004-cü ildə müqavilənin yenilənmiş forması – “Bazel II” buraxılmışdı.