Have a Question?
Bazel II – Bazel Bank Nəzarəti Komitəsinin bankların kapital tələblərinə dair 2004-cü ildə imzaladığı ikinci razılaşmadır.
Bazel II-nin əsas ideyası kapitalın adekvatlıq əmsalının tələblərini yerinə yetirmək və bank sektorunda risklərin idarə edilməsinin sabitliyini və keyfiyyətini artırmaqdır.
Sənədin əsas müddəaları:
- Bank sisteminin sabitliyi əsas üç komponent ilə müəyyən olunur (3 Pillars):
- Pillar 1 bankın məzənnə kapitalının minimum məbləğini müəyyənləşdirir: 8% və daha yuxarı olur, lakin Bazel I ilə müqayisədə burada kreditdən əlavə digər risk növləri də nəzərə alınır və bankın öz kapitalının kredit, bazar və əməliyyat riskləri nəzərə alınmaqla ölçülmüş aktivlərin məcmusuna nisbəti kimi hesablanır;
- Pillar 2 milli tənzimləyicilər tərəfindən kapitala münasibətdə həyata keçirdikləri nəzarət prosesini tənzimləyir: nəzarət prosesinin və risklərin idarə edilməsinin əsas prinsiplərini, habelə bank nəzarətçilərinə bank riskləri ilə bağlı hesabatların şəffaflığını nəzərə alır;
- Pillar 3 bankların bazar intizamına əməl etməsi öhdəliyini möhkəmləndirir: fəaliyyətləri haqqında məlumatları açıqlamaq və maliyyə cəhətdən şəffaf olmaq;
- Kredit risklərinin miqdarı bank tərəfindən iki yanaşmadan biri əsasında hesablanır: bankdan kənar agentliklərin reytinqlərinə əsaslanan standart yanaşma və bankın öz reytinqinə əsaslanan daxili yanaşma;
Bank kapitalına qarşı irəli sürülən yeni tələblərə görə, riskin çəkisi aktiv növü üzrə deyil, borcalanlar qrupları üzrə aparıcı reytinq agentlikləri tərəfindən hazırlan