11 C
Baku
Wednesday, December 11, 2024

Bazel III nədir?

0

Have a Question?

Bank Nəzarəti üzrə Bazel Komitəsi, 2008-ci ildə baş verən qlobal maliyyə böhranı ilə əlaqədar olaraq, Bazel sazişinin üçüncü hissəsini hazırladı, bu da bank tənzimləməsindəki çatışmazlıqları aşkar etdi. Sazişin üçüncü hissəsini yaratmaqda məqsəd banklarda risklərin idarə edilməsinin keyfiyyətini artırmaq və nəticədə ölkənin maliyyə sistemini gücləndirmək idi. Sənəd 2010-2011-ci illərdə təsdiqlənib.

“Bazel III” sazişinin əsas müddəaları:

  • Bank kapitalının adekvatlıq əmsalına dair əlavə tələblərin tətbiqi (birinci dərəcəli kapital, ikinci dərəcəli kapital, bufer kapitalı, məcmu kapital);
  • maliyyə imkanlarının məhdudlaşdırılmasına yönəldilmiş məcburi standartların tətbiqi (“leverage” – borc götürülmüş və şəxsi kapitalın nisbəti);
  • müntəzəm olaraq yeni məcburi likvidlik normativlərinin tətbiqi: qısamüddətli likvidlik göstəricisi (Liquidity Coverage Ratio, LCR) və xalis sabit maliyyələşdirmə əmsalı (NSFR).

Bazel III-ə keçidin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.