Beynəlxalq Hesablaşmalar Bankı

    Beynəlxalq Hesablaşmalar Bankı (Bank for International Settlements, BIS) – sənayeləşmiş ölkələrin mərkəzi bankları arasında qarşılıqlı əlaqə yaratmaq və beynəlxalq ödənişləri asanlaşdırmaq üçün yaradılan beynəlxalq maliyyə qurumudur. Bundan əlavə, Beynəlxalq Hesablaşmalar Bankı iqtisadiyyat və pul siyasəti sahəsində böyük tədqiqat mərkəzlərindən biridir.

    Beynəlxalq Hesablaşmalar Bankının təsisçilərinə dünya ölkələrinin 56 mərkəzi bankı daxildir, mərkəzi ofisi Bazeldə (İsveçrə) yerləşir.

    Bu gün bank funksiyalarının bir hissəsini Beynəlxalq Valyuta Fonduna həvalə etsə də, geniş çeşidli maliyyə xidmətləri göstərir: mərkəzi banklar arasında hesablaşmalar aparır, əmanətləri qəbul edir, kredit verir, maliyyə vasitəçisi kimi çıxış edir və zəmanət verir.

    Bununla yanaşı, Beynəlxalq Hesablaşmalar Bankının əsas funksiyası mərkəzi bankların, ilk növbədə, sərbəst üzən məzənnə şəraitində pul siyasəti məsələlərini əlaqələndirilməsidir.

    1974-cü ildə yaradılmış Bazel Komitəsi də həmçinin Beynəlxalq Hesablaşmalar Bankının nəzdində fəaliyyət göstərir.