10 C
Baku
Friday, December 13, 2024

BizDev (biznesin inkişafı) nədir?

0

Have a Question?

BizDev (ing. Business Development – “biznesin müqayisəsi”) – satış, marketinq, danışıqlar, əlaqələrin inkişafı, layihələrin və tədqiqatların idarəedilməsi. BizDev-menecer yeni biznes sahələrini – yeni bazarlar, nişlər, tərəfdaşlıqlar, satış kanallarının müəyyənləşdirir və inkişaf etdirir.

Daha sadə desək, BizDev inkişaf direktoru peşəsinə bənzəyir. BizDev mütəxəssisi biznes proseslərinin keyfiyyətli dəyişməsi və şirkətin bazarda təbliği ilə məşğul olur. O, şirkətin işçisi (və ya şöbəsi), eyni zamanda cəlb edilmiş mütəxəssis ola bilər – bir qayda olaraq, məsləhətçi və ya konsaltinq şirkəti.

BizDev mütəxəssisi qərarları təkbaşına vermir. Onun əsas vəzifəsi – şirkətin inkişaf potensialını müəyyən etmək, onun bazarda uzunmüddətli dəyərini yaratmaqdır.

Nüanslar

BizDev-in üç fəaliyyət istiqaməti var:

– Hazırkı biznesin inkişafı. İndiki biznes-modelin çatışmazlıqlarını axtarıb tapır və onları aradan qaldırmaq üçün yeni konsepsiyaların tərtibatı ilə məşğul olur.

– Biznesin yeni istiqamət üzrə inkişafı. Rəqiblərin qiymətləndirilməsi və sizin onlardan nə ilə fərqləndiyinizin müəyyənləşdirilməsi, təklifin analizi. Əsas hissə marketinq və məhsul haqqında informasiyanın çatdırılmasına ayrılır.

– Biznesin beynəlxalq inkişafı. Bu ssenaridə BizDev tərəfdaşlıq şəbəkəsinin inkişafı, öz franşizanın işə salınması, yeni ofislərin və ya filialların açılışı məsələləri həll olunur.