14 C
Baku
Saturday, November 23, 2024

Dövlət büdcəsi nədir?

0

Have a Question?

Dövlət büdcəsi – özündə ölkənin ümumi gəlir və xərclərini əks etdirən maliyyə sənədidir. İki hissədən ibarətdir: gəlir və xərc.

Dövlət gəlirləri vergi daxilolmalarından – əmlak vergisi, fərdi gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), dövriyyə vergiləri, aksiz vergiləri, korporativ gəlir vergiləri, habelə cərimələr və digər ödənişlərdən ibarətdir.

Dövlət xərcləri sosial proqramlar üzrə xərclərdən, dövlət aparatının xidmətlərinə görə ödəmələrdən, müdafiə xərclərindən və digər maddələrdən ibarətdir.

Büdcə gəlirləri xərcləri üstələyirsə, bu, büdcə profisiti adlanır. Xərclər gəlirləri üstələyərsə – defisit. Büdcə profisiti dövlət ehtiyatlarının yaradılmasına kömək edir. Defisit ilk növbədə, dövlət borcu hesabına maliyyələşdirilir. Bununla da dövlətin daxili və xarici borcu yaranır.

Dövlət büdcəsi bir neçə səviyyədə olur: regional, yerli, federal və bələdiyyə.