10 C
Baku
Wednesday, December 11, 2024

İkisəviyyəli bank sistemi dedikdə, nə başa düşülür?

0

Have a Question?

İkisəviyyəli bank sistemi dedikdə, ölkədə olan kredit təşkilatlarının iki qrupa bölünməsi nəzərdə tutulur. Birinci qrupa kredit təşkilatları arasındakı hesablaşmaları həyata keçirən mərkəzi bank daxildir. Qeyd edək ki, maliyyə sektorunun tənzimi və pulların emissiyası da mərkəzi bankın səlahiyyətlərinə daxildir. İkinci qrupa müştərilərə xidmət göstərən digər kredit təşkilatlarını aid etmək olar.

İkisəviyyəli bank sisteminin əsas xarakterik cəhəti mərkəzi bankın müstəqilliyidir. Yəni o nə icraedici, nə də qanunverici hakimiyyətə tabe deyil. Parlamentlər bank sisteminin fəaliyyətinə yalnız qanun qəbul etmək yolu ilə təsir göstərə bilərlər.

İnkişaf etmiş ölkələrin əksəriyyətində ikisəviyyəli bank sistemi fəaliyyət göstərir. Belə ki, ABŞ-da mərkəzi bankın funksiyalarını Federal Ehtiyatlar Sistemi yerinə yetirir. FED-in resursları əskinazların emissiyası və iştirakçı bankların depozitləri hesabına formalaşır. Kommersiya, investisiya və digər banklar bir pillə aşağıdırlar. Onların ümumi sayı 7 mindən çoxdur.

İngiltərədə əsas kredit təşkilatı İngiltərə Bankıdır, hansıki əskinaz və sikkə buraxır, digər kredit təşkilatları ilə əməliyyatlar aparır və fiziki şəxslərlə əlaqələr qurur.