12 C
Baku
Monday, November 25, 2024

ECOSOC

0

Have a Question?

ECOSOC (Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası) – BMT-nin iqtisadi və sosial sahələrdə əməkdaşlığına cavabdeh olan ən vacib qurumlarından biridir.

Hər il keçirilən iclasda İqtisadi və Sosial Şurasının rəyasət heyəti seçilir. Təşkilatın rəyasət heyətinin əsas funksiyalarına gündəlik xəbərləri hazırlamaq, iş proqramını tərtib etmək və BMT katibliyinin dəstəyi ilə iclas təşkil daxildir.

Təşkilatın qərargahı Nyu-Yorkda (ABŞ) yerləşir. 1946-ci ilin iyun ayında qurulub. Bu gün ECOSOC-a 54 dövlət daxildir – başlanğıcda iştirakçıların sayı 18 olmuşdur, 1966-cı ildə 27-yə və daha sonra 54-ə çatdı. Şura üzvləri Baş Assambleya tərəfindən üç il müddətinə seçilir, onlardan hər biri bir səs hüququna malikdir.

ECOSOC ildə iki dəfə iclas keçirir, bütün qərarlar səs çoxluğu ilə qəbul edilir.

Şuranın əsas vəzifələri aşağıdakılardır:

– iqtisadi və sosial inkişafa dəstək vermək;

– iqtisadi və sosial, o cümlədən səhiyyə sahəsindəki problemlərin həlli yolunu axtarıb tapmaq;

– mədəniyyət və təhsil sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək;

– insan hüquqlarının qorunması üçün əlverişli şərait yaratmaq.