7 C
Baku
Wednesday, November 6, 2024

Elektron cüzdan nədir?

0

Have a Question?

Elektron cüzdan – müəyyən şəxsin müəyyən miqdarda pula sahib olmaq hüququnu əks etdirən maliyyə qurumlarından əldə edilən məlumat məcmusudur. Siz elektron cüzdanı şifrə ilə qoruya, o cümlədən hər hansı elektron cihaza bağlaya bilərsiniz.

Elektron cüzdan smart-kart və ya daxilində xüsusi çip olan elektron cihaz şəklində ola bilər. Elektron cüzdan vasitəsilə aşağıdakı əməliyyatlar həyata keçirilə bilər:

– pulu elektron formada saxlamaq;

– elektron pulu mədaxil və ya məxaric etmək;

– müxtəlif növ ödənişləri həyata keçirmək;

– pul əməliyyatlarının tarixini yaddaşda saxlamaq;

– bir sıra sənələrin elektron versiyasını saxlamaq (şəxsiyyət vəsiqəsi, rəqəmsal bilet, sosial sığorta kartı).

“Elektron cüzdan” termini altında elektron pulların saxlanmasını, mədaxil və ya məxaric edilməsini təmin edən müxtəlif proqram təminatı başa düşülə bilər. Qeyd edək ki, kompüter texnologiyaları və şəbəkənin inkişafı ilə elektron cüzdanların populyarlığı xeyli artmışdı.

Elektron pullar – pulların həm milli, həm də xarici valyutada saxlanmasını və ötürülməsini təmin edən sistemdir. Başqa sözlə desək, elektron pullar real pullardan heç nə ilə fərqlənmirlər – analoji olaraq telefonun balansını misal göstərmək olar.

Elektron pulların populyarlığı günü-gündən artmağa davam edir və bunun əsas səbəbi rahatlıqdır. Buna baxmayaraq, real və elektron pul arasında bir fərq var. Belə ki, elektron pulu itirmək və ya oğurlamaq mümkün deyil.