9 C
Baku
Thursday, December 12, 2024

İstiqraz nədir?

0

Have a Question?

İstiqrazlar – onları buraxan qurumlardan gəlir əldə etmək hüququ verən qiymətli kağızlardır. İstiqrazlar təkrar bazarda təkrar satıla bilər. Daha sadə dildə belə izah edə bilərik:

– istiqrazlar – müəyyən edilmiş məbləği vaxtında ödəmək öhdəliyini əks etdirən sənəddir.

– istiqrazlar üzrə ödəniləcək məbləğ, onların alınmasına sərf olunan məbləğdən çoxdur.

– istiqrazlar təkrar satıla bilər, bu halda onların müəyyən etdiyi məbləği ödəyəcək şəxs dəyişmir. Əksinə – vəsaiti alacaq şəxs dəyişir.

İstiqrazların emitenti kimdir?

İstiqrazların emitenti dedikdə, onları buraxan şəxs nəzərdə tutulur. Emitent qismində kommersiya təşkilatları, banklar və hətta dövlət orqanları çıxış edə bilərlər. Fiziki şəxslər emitent ola bilməzlər, onlar yalnız başqalarının qiymətli kağızlarını alıb-satmaqla məşğuldurlar.

Emitent olmaq olduqca çətindir, çünki istiqrazların emissiyası üçün öncədən icazə almaq, IPO keçirmək, bütün bunları qeydiyyata salmaq və s. tələb olunur.

İstiqrazların hansı növləri var?

– dövlət istiqrazları – ölkənin Mərkəzi Bankı, Maliyyə Nazirliyi və yerli mərkəzi və regional hakimiyyət orqanları tərəfindən buraxılır, az gəlirli hesab olunurlar (1-2%);

– korporativ istiqrazlar – müxtəlif sahələrdə böyük müəssisələr tərəfindən buraxılır, dövlət istiqrazları ilə müqayisədə daha çox gəlir gətirirlər (5-15%);

– birja istiqrazları – korporativ istiqrazlarının növlərindən biridir, birjalar tərəfindən buraxılır, adətən qısamüddətli olurlar;

Müddət baxımından istiqrazlar üç növə ayrılırlar:

– 5 il – qısamüddətli;

– 5-10 il – ortamüddətli;

– 10 ildən çox – uzunmüddətli;

İstiqrazların gəlirliliyi necə hesablanır?

İstiqrazların gəlirliliyini düzgün hesablamaq üçün riyazi formullardan istifadə edilir. Onlardan ən sadəsi “cari gəlirliliyin faizlə” (CY) olan hesablamadır.

formula

Cr – illik kupon ödənişlərinin cəmi;

P – istiqrazların alış qiyməti;

İstiqrazların riskləri

Qeyd edək ki, istiqrazlar nisbətən etibarlı maliyyə alətidir. Onlardan üstün yalnız bank əmanətləri sayılır. İstiqrazların həssas olduğu yeganə şey inflyasiyadır, yəni istiqraz valyutasının digər valyutalara və mallara münasibətdə ucuzlaşması.

Digər risklərdən biri emitentin iflas (defolt) etməsidir. Mütəxəssislərin fikrincə, digər risklər o qədər də böyük deyil.