Have a Question?
Avropa banklararası təklif dərəcəsi (European Interbank Offered Rate, EURIBOR) – avro ilə verilən banklararası kreditlər üzrə orta faiz dərəcəsidir.
EURIBOR faiz dərəcəsi Avropa İttifaqı ölkələrinin kredit təşkilatları, maliyyə bazarları Assosiasiyası, habelə Norveç və İslandiya tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir. Avropa Banklar Federasiyası tərəfindən fərqli müddətlər üçün (bir həftədən 12 ayadək) hesablanır.
Hesablamalar zamanı ən yüksək və ən aşağı faiz dərəcələrinin 15%-i nəzərə alınmır, qalan göstəricilər üçün ədəd ortası tapılır və üç onluğa qədər yuvarlaqlaşdırılır.
EURIBOR dərəcəsinin ilk nəşri 30 dekabr 1998-ci ildə baş tutdu.