10 C
Baku
Thursday, December 12, 2024

Bu işsizlər 190 manat ödəməni ala bilməyəcəklər

0

Have a Question?

Mürciətləri nəzərə alaraq Nazirlər Kabinetinin birdəfəlik (2 ay hər ay 190 manat olmaq şərti ilə) ödəmənin verilməsi şərtlərini burada yerləşdirirəm.
Qeyd edim ki, bu yardımdan 01.04.2020-ci il tarixinə və rəsmi karantin dövründə, yəni hələlik 20 aprel 2020-ci il tarixinədək işsiz olaraq qeydiyyatdan keçən şəxslər yararlana biləcəkdir. Lakin, aşağıdakı kriteriyalardan hər hansı birinə uyğunluq maliyyə dəstəyindən istifadə hüququnu məhdudlaşdırır:

1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
2. əmək pensiyaçılarına;
3. aylıq müavinət alanlara;
4. aylıq təqaüd alanlara;
5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak
verilmiş şəxslərə;
6. işsizlikdən sığorta ödənişi alanlara;
7. peşə hazırlığına görə təqaüd alanlara;
8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan)
və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
10. əri və ya arvadı ÜSY yaxud əmək pensiyası alan şəxslərə

BİRDƏFƏLİK YARDIM ÖDƏNİLMƏYƏCƏKDİR

XÜSUSİ QEYD: Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

P.S: Görünən odur ki, çox az sayda vətəndaş bu müavinatı ala biləcək

Rəşad Həsənov