6 C
Baku
Sunday, December 15, 2024

Exceldə PV (Pulun faktiki dəyəri) funksiyası

0

Have a Question?

PV funksiyası Exceldə ən çox isifadə edilən maliyyə funksiyalarından biridir. Bu funksiya vasitəsi ilə Siz gələcəkdə qazanacağınız pulun dəyərini faktiki pulun dəyəri ilə müqayisə edə bilərsiniz.

Faktiki olaraq Sizin əlinizdə 9 500 AZN pul dəyərlidir, yoxsa illik faiz dərəcəsinin 7.5% olan bir iqtisadi mühitdə 1 il sonrakı  10 000 azn-mi dəyərlidir?”Bu suala məqaləmizin sonunda cavab tapmağa çalışacağıq.

Bu məsələni burada saxlayıb funksiyanın hansı arqumentlər aldığına baxaq.

1. Rate (Faiz dərəcəsi) – Faiz dərəcəsini özündə saxlayır.

2. Nper (Periodların sayı) – Ödənişlərin sayıdır.

3.Pmt (Hər periodda ödəniş məbləği) – Hər dövrdə ödəniş edilən məbləğdir.

4. Fv (Gələcək dəyər) –  Pulun gələcək dəyəridir.

5. Type (Ödəniş növü) – Bu arqument funksiyada 0 və ya 1 qiymətlərini ala bilər. 0 (sıfır) qəbul edilərsə ödənişin müddətin sonunda edildiyi, 1 deyilərsə ödənişin müddətin əvvəlində ödənildiyi deməkdir.

Yuxarıdakı arqumentlərdən Rate, Nper, Pmt daxil edilməsi zəruri olanlar, digər ikisi (FV və Type) daxil edilməsi zəruri deyil. FV pulun gələcək dəyəri məlum olanda daxil edilməldir. Type isə PMT əgər sıfırdan fərqlidirsə bu arqumentin daxil edilməsi böyük əhəmiyyət kəsb edir.

Beləliklə, funksiyamızda tələb olunan arqumentləri daxil edərək 10 000 azn pulun indiki dəyərini tapaq. Funksiya aşağıdakı kimi olacaqdır.

PV2

Funksiyadan gördüyünüz kimi, 7.5% illik faiz dərəcəsi olan iqtisadi mühitdə faizlər illik olaraq hesablanarsa bir ildən sonra qazanacağınız 10 000 AZN-in indiki dəyəri 9279,6 AZN olar.

Biz banka qoyduğumuz depozitə görə ödənişləri aylıq deyil, illik alarsaq faizə də faiz hesablanacqdır. Buna görə də düstur aşağıdakı kimi olacaqdır.

pv3

Beləliklə, biz yuxarıdakı nəticələrdən görə bilərik ki, indi əlimizdə olan 9 500 AZN pul bir ildən sonra əlimizdə olacaq 10 000 AZNdən daha dəyərlidir.

Qeyd edim ki, Azərbaycan banklarının əksər hissəsi illik faiz dərəcəsi ilə depozit üçün faiz hesablayırlar.

İnnab