14 C
Baku
Sunday, November 24, 2024

Fişinq nədir?

0

Have a Question?

Fişinq (ing. phishing) – İnternet vasitəsilə müştərinin şəxsi məlumatlarını oğurlamaq üçün istifadə olunan alətlərdən biridir. Xüsusilə, bank kartlarının nömrələri, CVV/CVC və PİN-kodların oğurlanmasını qeyd etmək olar. Fırıldaqçılar kredit təşkilatlarının rəsmi internet səhifələrinə oxşar səhifə yaradaraq, müştərilərin daxil etdiyi məlumatları özünə götürürlər. Digər bir variant – elektron poçt və ya SMM vasitəsilə saxta mesajların göndərilməsi.
Unutmayın ki, banklar müştəri məlumatları üçün elektron poçt və ya SMM vasitəsilə heç vaxt sorğu göndərmirlər. Yaxşı olar ki, kredit təşkilatının yalnız rəsmi saytından istifadə edəsiniz, heç bir əlavə linklərə daxil olmayasınız.