1 C
Baku
Saturday, December 14, 2024

Xalis faiz marjası nədir?

0

Have a Question?

Xalis faiz marjası – bankın aktiv əməliyyatlarının effektivliyini əks etdirən, fəaliyyətinin əsas göstəricilərindən biridir. Faiz (komissiya) gəlirləri ilə faiz (komissiya) xərcləri arasındakı fərqin bank aktivlərinə nisbəti ilə müəyyən olunur.

Qeyd etmək lazımdır ki, xalis faiz marjasının hesablanması bankın bütün aktivləri və ya yalnız işlək aktivlərin (gəlir gətirən) ölçüsü əsasında aparıla bilər. Bazar iştirakçıları bu göstəricini gəlir gətirən aktivlərin ölçüsü əsasında hesablayırlar.