13 C
Baku
Tuesday, November 19, 2024

GR (dövlətlə əlaqələr) nədir?

0

Have a Question?

GR (ing. goverment relations – “dövlətlə əlaqələr”) – özəl və dövlət strukturları arasında əlaqələrin qurulmasıdır. GR tez-tez işçilərə mövqelərini çatdırmaq və qərarları onların xeyrinə qəbul etdirmək üçün məmurlarla ünsiyyət vasitəsi kimi istifadə olunur.

Daha sadə desək, GR mütəxəssisləri – şirkətlə hökumət arasında körpü quran insanlardır. Bunun üçün onlar media ilə işləyir, ekspert şuralarında iştirak edir, konfranslar təşkil edir, korporativ sosial məsuliyyət proqramları hazırlayır və s. Bu işin əsas vəzifələrindən biri də biznes sahəsindəki problemlərini gündəmə qoymaqdır.

Nüanslar

GR ilə lobbiçiliyi qarışdırmaq olmaz (baxmayaraq ki, bəzən onlar bərabərləşdirilir). Lobbizm dedikdə, əksər hallarda şəxsi əlaqələr və razılaşmalar əsasında maraqlı qrupların bu və ya digər məsələlərinin ictimaiyyətə açıq olmaması deməkdir (korrupsiya ilə qarışdırmayın). Və çox vaxt lobbiçilər – GR mütəxəssislərinin şirkətlər dövlət arasında qurduğu körpüdən keçən insanlardır.

Tədqiqatçılar GR-in lobbiçilikdən bir sıra üstünlüklərini qeyd edirlər:

– ictimai rəydə lobbiçilik çox vaxt əlçatmaz və qərarlara mənfi təsir göstərə bilən bir şey kimi başa düşülür;

– GR-texnologiyalarından istifadə edərkən şirkət uzun müddət ərzində hökumətin dəstəyini ala bilər, çünki GR-də çox vaxt PR-texnologiyaları istifadə olunur, bu prosesdə media və cəmiyyət iştirak edir. Lobbiçilikdə isə, əksinə, maraqlı olan şəxslər təbliğ edilən fikirlərdən çəkilsələr, dövlət əməkdaşlığını dayandırır.