9 C
Baku
Thursday, December 12, 2024

Çevik ofis nədir?

0

Have a Question?

Çevik ofis (ing. flexible office space) – ənənəvi ofislə müqayisədə daha rahat (çevik) icarə şərtləri və xidmətləri olan iş yeridir.

Bu cür ofislərin üstünlüyü qısamüddətli icarə şərtləri və icarəçinin cari ehtiyaclarına uyğun olaraq müəyyən dəyişiklik etmək – iş yerlərinin sayını azaltmaq / artırmaq, mebel almaq, funksional zonalar yaratmaq və s.) imkanından ibarətdir.

Çox vaxt çevik ofisin sahəsi “open space” formatında olur. Top-menecerlər, iclaslar və s. üçün ayrı-ayrı otaqlar nəzərdə tutulur. Çevik ofisdə iş yerlərindən “boş masa” və ya bronetmə prinsipi ilə istifadə etmək mümkündür.

İcarə haqqı özündə müxtəlif xidmətlər də daxil olmaqla bunları nəzərdə tutur: internet, ofis avadanlığı, klininq, resepşn, mətbəx və istirahət zonası və s.

Bir çox şirkət gələcək fəaliyyətini proqnoz etməkdə çətinlik çəkir. Konkret bir layihə üçün işçi sayını artırmaq lazım gələndə qısa müddətdə böyük ölçüdə yeni ofis açmaq çox baha başa gəlir. Buna görə də, çevik ofislər müəyyən xərcləri əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.

Nüanslar

Çevik ofis bəzən kovorqinqin (coworking) sinonimi kimi işlədilir. Və bu iki terminin dəqiq tərifləri olmasa da, onlar arasında bəzi əhəmiyyətli fərqlər var.

Bəzi kovorkinqlərdə ayrıca netvorkinqə (networking) diqqət yetirilir: təhsil tədbirləri, toplantılar və s. keçirilir. Çevik ofisin sahəsi, bir qayda olaraq, təcrid olunur, kovorkinqdə isə bəzən bir masada fərqli şirkətlərin işçiləri çalışır.

Əvvəllər çevik ofis anlayışı çox vaxt hazır icarə obyekti kimi işlədilirdi. Lakin koronavirus pandemiyasının başlaması və insanların kütləvi şəkildə distant rejimə keçməsi ilə şirkətlər ofislərini dəyişdirməyə başladılar – daha çox “open space” prinsipinə üstünlük verdilər, iş yerlərinin sayını azaltdılar.

Bu halda təchiz olunmuş iş yerlərinin sayı işçilərin sayından az ola bilər – bu, məzuniyyət, ezamiyyət, iclas, görüş və digər səbəblərdən iş yerində olmayanlar sayəsində baş verir.

Fakt

Çevik ofis bütün şirkətlər və işçilər üçün uyğun deyil. Məsələn, kiminsə fəaliyyəti çox sayda avadanlıq, sənədləşmə, məxfi məlumatlar və s. ilə əlaqəli ola bilər. Bu, sistem administratorlarına, kadr mütəxəssislərinə, hüquqşünaslara, maliyyəçilərə və s. aiddir.