12 C
Baku
Tuesday, November 19, 2024

İnvestisiya layihəsi nədir?

0

Have a Question?

İnvestisiya layihəsi – investisiyaların istifadə edilməsi planıdır, detallı şəkildə təsvir olunur. Ümumiyyətlə, hər hansı bir investisiya layihəsinin tərtibi məqsədin müəyyənləşdirilməsindən başlayır. Daha sonra mövcud imkanlar qiymətləndirilir və fəaliyyət proqramı dəqiqləşdirilir. Layihə çərçivəsində investisiya obyekti – müəssisə və ya digər təşkilati struktur (vəsait alan); investisiya qoyuluşlarının ölçüsü və istifadə qaydası; planın icrasının izləmə yolları müəyyən edilir. Qiymətləndirilmədən sonra layihənin həyata keçirilməsinin məqsədəuyğunluğu barədə yekun qərar qəbul olunur.

Əgər kommersiya əməliyyatından söhbət getmirsə, investisiya layihəsi təkcə biznes-planın tərtib edilməsi ilə yekunlaşır. Bu halda layihənin yalnız iqtisadi komponenti diqqət mərkəzində olur.

İnvestisiya layihəsi aşağıdakılardan ibarətdir:

– biznes-plan;

– mövcud və ya proqnozlaşdırılan müəssisənin təsviri;

– müəssisənin xarici mühitinin təsviri (müştərilər, təchizatçılar, rəqiblər və s.). Son məhsulu (xidmətin) tanıtmaq üçün marketinq siyasətinin hazırlanması;

– planlaşdırılan istehsal həcminin, gəlirin müəyyənləşdirilməsi. Qarşıya qoyulan hədəflərə çatmaq üçün istehsal planının tərtib edilməsi. Texniki-iqtisadi hesablamalar, qiymətləndirmələr. İstehsal səmərəliliyinin artırılması yollarının axtarışı;

– təşkilat və idarəetmə sisteminin inkişafı;

– layihənin həyata keçirilməsində mümkün risklərin təhlili;

– onları minimuma endirmək üçün mümkün yolların işlənməsi;

– layihəyə əlavələr;

Adətən investisiya layihəsinin tərtib edilməsi ilə həm investor, həm investisiya alan, həm də maraqlı olan üçüncü tərəf məşğul olur. Hazır investisiya layihəsi aşağıdakı şəxslər tərəfindən nəzərdən keçirilir:

– investor;

– investisiya alan tərəf;

– dövlət və nəzarət orqanları (qanunvericilik bunu tələb edirsə);

– kredit təşkilatları (borc vəsait tələb olunursa);

– layihənin gələcək icraçıları;

– dəvət olunmuş məsləhətçilər və mütəxəssislər;

Onlar öz mövqeyini bildirməyə, habelə investisiya layihəsinə dəyişikliklər etmək hüququna malikdirlər.