Have a Question?
İlkin Kütləvi Yerləşdirmə ( ing: initial public offering – IPO) əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir. Bu proses yalnız İnvestisiya Şirkətləri vasitəsilə fond birjasında həyata keçirilə bilər. İstər böyüməkdə olan gənc şirkətlər, istərsə də böyük və təcrübəli şirkətlər İlkin Kütləvi Yerləşdirmə etməklə əlavə maliyyə resursları cəlb edə bilərlər.
IPO Subyektləri
Açıq Səhmdar Cəmiyyətləri səhm və istiqrazlarını, Qapalı Səhmdar Cəmiyyətləri və Məhdud Məsuliyyətli Cəmiyyətlər isə yalnız istiqrazlarını kütləvi şəkildə investorlara təklif edə bilər.