3 C
Baku
Saturday, December 14, 2024

Korrelyasiya

0

Have a Question?

Korrelyasiya — iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistematik dəyişməsinə gətirib çıxarır. İki dəyişən arasındakı korrelyasiya riyazi olaraq əmsallarla ifadə olunur. Əmsallar qarşılıqlı əlaqənin xarakterindən asılı olaraq mənfi və ya müsbət olurlar. Mənfi korrelyasiya zamanı bir dəyişənin artması digərlərinin azalmasına və əksinə təsir edir.

Korrelyasiya əmsalı ehtimal nəzəriyyəsində iki təsadüfi dəyişənin qarşılıqlı təsiri üçün göstərici kimi qəbul edilir. Korellyasiya əmsalı R hərfi ilə işarə olunur və -1 və + 1 arasında qiymətlər alır. Əgər əmsalın qiyməti 1-ə yaxın olarsa onda dəyişənlər arasında əlaqənin güclü olması ehtimal olunur. Əmsal 0-a yaxınlaşdıqca əksinə olaraq əlaqə zəifləyir. Əmsal 1-ə bərabər olduqda dəyişənlər arasında funksional asılılıq mövcud olur, yəni iki parametrin dəyişməsini xətti funksiya ilə təsvir etmək olar.

Korrelyasiya əmsallarını öyrənmək üçün →korrelyasiya analizi aparılır. Analiz zamanı bir və ya bir neçə cüt arasında statistik asılılq işləmək üçün korrelyasiya əmsalları müqayisə olunur. Statistik verilənlərin bu üsulla emal olunması iqtisadiyyatda, sosial elmlərlə bərabər maşınqayırmada keyfiyyətə nəzarət, metallşünaslıqda və digər sahələrdə istifadə olunur. Üsulun populyar olması korrelyasiya əmsallarının hesablanmasının asan olması, onların tətbiqi üçün heç bir riyazi hazırlama işlərinin aparılmasına ehtiyac olmaması ilə bağlıdır.