Have a Question?
Kreditin strukturu borc verən və borc alan olan tərəflərdən, o cümlədən kredit münasibətlərinin obyektindən ibarətdir.
Borc verən borc alana ssuda verir. Kredit vəsaitinin mənbələri həm borc verənin öz yığımları, həm də borc götürdüyü resurslar ola bilər.
Borc alan şəxs kredit götürərək, öz üzərinə onu qaytarmaq öhdəliyini götürmüş olur. Əldə etdiyi krediti dövriyyə və ya istehsal sahəsində istifadə edir, sonra isə kreditora qaytarır. Bu halda borc alan təkcə kredit götürdüyü məbləği deyil, eyni zamanda əlavə faiz də ödəyir.
Kredit münasibətləri çərçivəsində eyni qurum eyni vaxtda həm kredit, həm də borc alan kimi çıxış edə bilər, onlar yerlərini dəyişə bilərlər.
Strukturun elementləri bir-biri ilə sıx bağlıdırlar və daim qarşılıqlı əlaqədə olurlar.