23 C
Baku
Friday, April 19, 2024

Kredit sisteminin strukturu

0

Kredit sisteminin strukturu

Kredit sisteminin strukturu dedikdə, kredit münasibətlərinə xidmət edən maliyyə qurumları və onların qarşılıqlı əlaqələrin məcmusu nəzərdə tutulur.

Kredit sisteminin əsasında ikisəviyyəli bank sistemi dayanır (Mərkəzi Bank və kommersiya bankları).

Kommersiya bankları iki növə bölünür: universal (bütün xidmətləri) və ixtisaslaşdırılmış (əmanət, investisiya, ipoteka, ixrac-idxal və s. kimi xidmətlər təklif edirlər).

Mərkəzi və kommersiya banklarından əlavə kredit sisteminə bank olmayan kredit təşkilatları daxildir, məsələn: kredit ittifaqları, kooperativlər, poçt-əmanət birlikləri.

Müasir kredit sistemində yalnız şaquli deyil, həm də üfüqi əlaqələr mövcuddur. Kredit sisteminə banklar və kredit təşkilatlarının birlikləri, bank qrupları və bank holdinqləri aid olunur.

Dünya təcrübəsində kredit sisteminə vəsaitin akkumulyasiyası və yerləşdirilməsi ilə əlaqəsi olan təşkilatlar daxil edilir: sığorta və maliyyə şirkətləri, lombardlar, pensiya fondları.