9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə əmsallarının izahı

0

Have a Question?

Maliyyə əmsalları firmanın fəaliyyəti və onun maliyyə vəziyyəti haqqında fikir yürütmək üçün çox faydalıdır. Əksər maliyyə əmsalları maliyyə hesabatları tərəfindən təqdim olunmuş informasiya əsasında çıxarıla bilər.

Maliyyə əmsalları trend analizində (bu və ya digər göstəricilərin müqayisəsi), həmçinin şirkətin digər müəssisələr ilə müqayisədə maliyyə durumunu qiymətləndirmək üçün istifadə oluna bilər. Bəzi hallarda isə maliyyə əmsallarının analizi gələcək iflasdan xəbər verə bilər.

Maliyyə əmsalları təchiz etdikləri informasiya tipinə uyğun olaraq təsnif oluna bilər. Ən çox istifadə olunan maliyyə əmsallarını diqqətinizə təqdim edirik:

•    Likvidlik əmsalları
•    Aktivlərin dövriyyə əmsalları
•    Maliyyə mühərriki əmsalları (debitor borcların dövriyyə qabiliyyəti)
•    Gəlirlik əmsalları
•    Divident siyasəti əmsalları

Likvidlik əmsalları

Likvidlik əmsalları bizi şirkətin öz qısa müddətli maliyyə öhdəliklərini yerinə yetirə bilmə qabiliyyəti haqqında informasiya təchiz edir. Onlar daha çox şirkətə qısa müddətli kredit vermək istəyən müəssislər üçün maraq daşıyır. Ən çox istifadə olunan likvidlik əmsalları cari əmsal (və ya işlək kapital əmsalı) və  quick ani əmsaldır.

Cari likvidlik əmsalı cari aktivlərin (dövriyyə vəsaitlərinin) cari öhdəliklərə olan nisbətidir:

Cari əmsal

=

Dövriyyə vəsaitləri

Cari Öhdəliklər

Current Ratio

=

Current Assets

Current Liabilities

Qısa müddətli kreditorlar yüksək cari likvidlik əmsalını daha çox üstün tuturlar, çünki bu onların riskini azaldır. Səhmdarlar isə daha aşağı cari likvidlik əmsalını üstün tuta bilər, belə ki firmanın əsas aktivləri biznesi böyütmək üçün işləyir. Cari likvidlik əmsalının xarakterik qiyməti firma və müəssisədən asılı olaraq dəyişir. Məsələn, dövriyyə sənayesində çalışan firmalar daha yüksək likvidlik əmsalı saxlamağa çalışırlar ki, iqtisadi enmələr olduğu zaman ödəmə qabiliyyətlərini itirməsin.

Cari likvidlik əmsalının yeganə çatışmayan xüsusiyyəti onunla bağlıdır ki, inventarizasiya bəzi elə elementlər daxil ola bilər ki, onları dərhal likvid vəsaitə çevirmək çox çətindir və ya onların likvidlik dəyərini dəqiq müəyyən etmək mümkün deyil. Ani likvidlik əmsalı isə likvidliyi hesablamağın alternativ yoludur, bu zaman inventarizasiyaya həmin cari aktivlər daxil edilmir. Ani likvidlik əmsalı aşağıdakı kimi hesablanır:

Ani əmsal

=

Cari aktivlər – inventorlar

Cari öhdəliklər

Quick Ratio   =  

Current Assets – Inventory

Current Liabilities

Ani likvidlik əmsalının hesablanmasında istifadə olunan dövriyyə aktivləri nağd pul, debitor borcları, almalı olduğunuz veksellərdir. Yəni bu aktivlər əsasən mal ehtiyatları çıxmaq şərti ilə qalan cari aktivləri əhatə edir.  Ani likvidlik əmsalına bəzən də acid test  də deyirlər.

Nəhayət, nağd  əmsal ən konservativ likvidlik göstəricisidir. O, ən likvid vəsaitlər istisna olmaqla bütün cari aktivləri kənara qoyur, yəni hesablanmaq üçün yalnız nağd və nağda bərabər vəsaitlər istifadə olunur. Nağd əmsal aşağıdakı kimi təyin olunur:

Nağd əmsal

=

Nağd  +  bazar qiymətli kağızlar

Cari öhdəliklər

Cash Ratio

  =  

         Cash  +  Marketable Securities

Current Liabilities

Bazar qiymətli kağızlar deyəndə asanlıqla realizasiya oluna bilən qiymətli kağızlar nəzərdə tutulur.

Nağd likvidlik əmsalı onu sübut edir ki, əgər istənilən bir səbəbdən hər hansı bir borcun dərhal bağlanması tələb olunarsa firma bu öhdəliyi yerinə yetirmə qabiliyyətinə malikdir.

Aktivlərin dövriyyə qabiliyyəti (əmsalı)

Aktivlərin dövriyyə qabiliyyəti firmanın öz aktivlərindən nə dərəcədə səmərəli istifadə etdiyini göstərir. Bunu bəzən effektivlik əmsalı, aktivlərdən yararlanma əmsalı və ya aktivlərin idarə olunma əmsalı adlandırırlar.  Ən çox istifadə olunan aktivlərin dövriyyə əmsalı isə debitor borcların dövriyyə qabiliyyəti və ehtiyatların (mal və materialların) dövriyyə qabiliyyətidir.

Debitor borcların dövriyyə qabiliyyəti müəssisənin öz debitor borclarını nə qədər tez toplaya bilməsinin göstəricisidir və o, aşağıdakı kimi hesablanır:

Debitor borcların dövriyyə qabiliyyəti

=

İllik kreditlə satışlar

Debitor borclar

Receivables Turnover

  =  

Annual Credit Sales

Accounts Receivable

Debitor borcların dövriyyə qabiliyyəti adətən, kreditlə olan satışlardan gələn debitor borcların son taplanma müddətinə qədər qalan günlərin sayı ilə ifadə olunur.  Bu rəqəm toplama müddəti kimi tanınır. Bu debitor borclar balansının orta günlük kredit dövriyyəsinə olan nisbətidir və aşağıdakı düstur ilə hesablanır.

Orta toplama müddəti

=

Debitor borclar

İllik kreditlə satışlar / 365

Average Collection Period

  =  

Accounts Receivable

Annual Credit Sales / 365

Toplama müddəti həmçinin də belə yazıla bilər:

Orta toplama müddəti

=

365

Debitor Borclar

Average Collection Period

  =  

365

Receivables Turnover

Aktivlərin dövriyyə əmsalının digər vacib növü isə  hazır məhsulların dövriyyə qabiliyyətidir. Bu həmin müddət ərzində satılmış əmtəə dəyərinin  həmin müddətə düşən orta hazır məhsul sayına olan nisbətidir. Hazır məhsulun dövriyyəliliyi– müəssisənin hazır məhsulunun  pula çevrilmə sürətini və neçə dəfə yeniləndiyini göstərir. Bu əmsalın keçmiş illərə nisbətən yüksək olması məqsədəuyğundur.Bu onu göstərir ki, müəssisə hazır məhsulu tez pula çevirir, satış həcmini genişləndirir və mənfəət əldə edir, əks halda isə, əmsal aşağı olarsa, müəssisə hazır məhsulunu pula çevirə bilməkdə əziyyət çəkir.

Hazır məhsulun dövriyyəliyi

=

Satılan malın maliyyəti

Hazır məhsulların ədədi ortası

                  Inventory Turnover

=

Cost of Goods Sold

Average Inventory

Hazır məhsulların dövriyyə qabiliyyəti əksər hallarda hazır məhsulun dövriyyə müddəti kimi götürülür. Bu isə əldə olan bütün ehtiyat malların dəyərinin satılmış əmtəənin orta gündəlik qiymətinə bölmək ilə hesablanır.

Hazır məhsulun dövriyyə müddəti

=

Hazır məhsulların ədədi ortası

İllik satılan malın maliyyəti / 365

Inventory Period

  =  

Average Inventory

Annual Cost of Goods Sold / 365

Inventory Period = days sales in inventory Bu da hazır məhsulun satılma vaxtı kimi də göstərilə bilər. Hazır məhsulun dövriyyə müddəti həmçinin belə də yazıla bilər:

Hazır məhsulun dövriyyə müddəti

=

365

Hazır məhsulun dövriyyə qabiliyyəti

                    Inventory Period

=

365

Inventory Turnover

Aktivlərin dövriyyə qabiliyyəti ilə bağlı digər əmsallar isə aktivlərin sabit və ümumi dövriyyə qabiliyyətini əhatə edir.

Maliyyə strukturu ilə bağlı əmsallar

Maliyyə strukturu əmsalları isə bizi firmanın uzun müddətli ödəmə qabiliyyəti haqqında informasiya ilə təchiz edə bilər. Qısa müddətli aktivlər və öhdəliklər ilə bağlı göstəriciləri əks etdirən likvidlik əmsallarından fərqli olaraq, maliyyə strukturu ilə bağlı əmsallar firmanın uzun müddətli öhdəliklərini yerinə yetirmək üçün kapitalının nə qədər yetərli olduğunu göstərir.

Borclanma əmsalı bütün borcların bütün aktivlərə olan nisbəti ilə müəyyən edilir:

Borclanma əmsalı

=

Bütün borclar

Bütün aktivlər

Debt Ratio

=

Total Debt

Total Assets

Kapitala nəzərən borclanma əmsalı bütün borcların kapilata olan nisbəti ilə müəyyən olunur:

Kapitala nəzərən borclanma əmsalı   =
Bütün borclar
Bütün kapital
                   Debt-to-Equity Ratio   =  

Total Debt

Total Equity

Borclanma əmsalları uzun müddətli kirayə xərclərinin təsnifatından və bəzi elementlərin uzun müddətli borc və ya kapital kimi qeyd edilməsindən asılı olur.

Faizlərin qarşılanma əmsalı  firmanın qazanclarının borcuna görə faiz ödəmələrini necə qarşıladığını göstərir. Faizləri qarşılama əmsalı – müəssisənin ödəmək məcburiyyətində olduğu faizləri neçə dəfə qazandıqlarını göstərir. Bu nisbətin aşağı olması müəssisənin faiz ödəmələrini yerinə yetirərkən problemlə qarşılacağını, yüksək olması isə müəssisənin faizləri ödəmə baxımından daha yaxşı maliyyə strukturuna malik olmasını göstərir. Faizlərin qarşılnma əmsalı aşağıdakı kimi hesablanır.

Faizlərin qarşılanma əmsalı

=

EBIT

Faiz xərcləri

              Interest Coverage   =  

EBIT

Interest Charges

Burada  EBIT  =  Faiz və vergidən əvvəlki mənfəət

Mənfəətlilik Əmsalları

Mənfəətlilik əmsalları firmanın gəlir yaratmaqda nə qədər uğurlu olmasının müxtəlif üsullar ilə ölçülməsi metodlarını təklif edir.

Mənfəət marjası satışlardan əldə olunmuş gəlirin göstəricisidir. Mənfəət marjası firmanın məhsulun satışına sərf etdiyi xərcləri nəzərə alsa da, digər xərcləri bura daxil etmir. O, aşağıdakı kimi hesablanır:

Mənfəət marjası

=

Gəlir  –  Satılan malların maliyyəti

Gəlir

Gross Profit Margin

  =  

Sales  –  Cost of Goods Sold

Sales

Mənfəət = Gəlir – Satılan malın maliyyəti      Mənfəət marjası = Mənfəət / Gəlir

Aktivlərin gəlirliyi (ROA) firmanın dövriyyə vəsaitlərinin gəlir yaratmaqda nə qədər uğurla istifadə olunmasını göstərir.  Aktivlərin gəlirliliyi – bir vahid aktivə düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin aktivlərin ədədi ortasına nisbəti ilə hesablanır.

Aktivlərin gəlirliyi

=

Xalis mənfəət

Aktivlərin ədədi ortası

Return on Assets

=

Net Income

Average total assets

 Kapitalın gəlirliliyi (ROE)  – bir vahid kapitala düşən xalis mənfəəti özündə əks etdirir və xalis mənfəətin kapitalın ədədi ortasına nisbəti ilə hesablanır.

Kapitalın gəlirliyi

=

Xalis mənfəət

Kapitalın ədədi ortası

Return on equity

=

Net income

Average total equity

Divident Siyasəti əmsalları

Divident siyasəti əmsalları şirkətin divident siyasətə haqqında və gələcək artım perspektivləri haqqında təsəvvür yaratmaq imkanı verir. Ən çox istifadə olunan iki əmsal isə divident gəlirliyi və divident ödəmə qabiliyyətidir.
Divident gəlirliyi növbəti şəkildə tapılır:

Divident Gəlirliyi

=

Səhm başına düşən divident

Səhmin qiyməti

Dividend Yield

  =  

Dividends Per Share

Share Price

Yüksək divident mənfəəti hələ gələcəkdə yüksək gəlirlilik demək deyil.  Gələcəkdə də dividentlərin artması və davam etməsi perspektivlərini də nəzərə almaq çox vacibdir. Dividentlərin ödənməsi əmsalı bu baxımdan çox faydalıdır və aşağıdakı formada hesablanır.

Divident ödənməsi   =
Səhm başına düşən divident
Səhm başına düşən qazanc
Payout Ratio   =  

Dividends Per Share

Earnings Per Share

Maliyyə əmsallarının faydalı tərəfləri və məhdudiyyətləri

Maliyyə əmsallarından istifadə edərkən aşağıdakı məsələlərə diqqət yetirilməlidir:

•    Həmişə müəyyən istinad nöqtəsi tələb olunur. Əhəmiyyətli olması üçün əksər maliyyə əmsalları eyni firmanın tarixi dəyərləri, firmanın proqnozları və ya eyni tipli digər bir firmanın analoji əmsalları ilə müqayisə edilməlidir.
•    Əksər əmsallar özlüyündə o qədər də məna kəsb etmir. Onlar firmadakı situasiyanı əks etdirmək üçün digər əmsallar ilə birlikdə (kombinasiya olunmuş şəkildə) nəzərdən keçirilməlidir.
•    İl sonu nəticələr fikir yürütmək üçün əsas olmaya da bilər. Əmsalları hesablamaq üçün istifadə olunan balanslardakı qalıqları mövsüm faktorları ilə əlaqədar olaraq hesabat dövrünün sonunda dəyişə bilər. Bu cür dəyişikliklər əmsalın dəyərini təhrif edə bilər. Mümkün olduğu təqdirdə, əgər varsa, orta qiymətlərdən istifadə etmək məsləhətdir.
•    Əmsallar digər mühasibat metodlarını məhdudlaşdıra bilər. Fərqli mühasibat uçotu seçimləri nəzərə çarpacaq qədər fərqli əmsal qiymətləri ilə nəticələnə bilər.