14 C
Baku
Saturday, November 23, 2024

“Mavi çiplər” nəyə deyilir?

0

Have a Question?

“Mavi çiplər” – (ing. blue chips) qiymətli kağızlar bazarında aparıcı mövqedə olan şirkətlərin səhmlərinə deyilir. Birjada yüksək likvidlik, iqtisadi göstəricilərin sabitliyi və divident ödəmələri ilə fərqlənirlər.

“Mavi çiplər” anlayışı ingilis dilinə “blue chips” kimi tərcümə olunan termindən irəli gəlir. İngilislər kazinoda mavi rəngli və ən qiymətli sayılan jetonları belə adlandırırlar.

Bir qayda olaraq, “mavi çiplər” in qiymət dəyişiklikləri bazar iştirakçılarının əhval-ruhiyyəsinə təsir göstərir.

Bu və ya digər şirkətin “mavi çiplər” ə aid olması üçün aşağıdakı şərtlər lazımdır:

-sabit artım və yüksək kapitallaşma səviyyəsi;

-şirkətin səhmlərinin likvidliyi;

Qlobal birjada aşağıdakı şirkətlərin qiymətli kağızları adətən “mavi çiplər” kimi təsnif edilir: “Alcoa”, “American Express”, “AT&T”, “Bank of America”, “Boeing”, “Caterpillar”, “Chevron Corporation”, “Cisco Systems” və s. Onların əksəriyyəti “Dow Jones 30” indeksinə daxil edilmişdir.