11 C
Baku
Monday, November 25, 2024

Onboarding (işə adaptasiya) nədir?

0

Have a Question?

“Onboarding” – istifadəçinin məhsula uyğunlaşması prosesidir. Təsəvvür edin ki, smartfonunuza yeni tətbiq yükləmisiniz. Yükləmədən sonra interfeysin qarışıq, funksiyaların isə sizin üçün çox mürəkkəb olduğunu başa düşürsünüz. Çox güman ki, tezliklə bu tətbiqi silib daha yaxşısını axtarmağa başlayacaqsınız. Bu halda kimdir günahkar – siz, yoxsa məhsullarının rahatlığını təmin edə bilməyən inkişafetdiricilər? Əlbəttə ki, inkişafetdiricilər.
Bacarıqlı şəkildə təşkil edilmiş “onboarding” müştərinin əlindən tutmalıdır. Daha sadə desək, “onboarding” – müştəriyə məhsulunuzdan necə istifadə etmək lazım olduğunu göstərməyin sadə və maneəsiz yoludur.

Adaptasiyanın bir neçə növü var. Məsələn, qeydiyyatdan keçdikdən sonra istifadəçinin məhsulun müxtəlif funksiyalarını və imkanlarını izah edən öyrədici ekranlar. Qeyd edək ki, tətbiqdə gördüyünüz videodərslər, alətlər, tövsiyələr və s. də “onboarding” sayılır.
İdeal adaptasiya – məhsulun özü-özünü təqdim etdiyi, istifadəçini şəkil və ya video vasitəsilə yönləndirdiyi bir haldır. Necə deyərlər, “less is more” – müştəridə məhsulunuz haqqında mənfi təəssürat yaranmasın deyə əlavə məlumatlara köklənməyin.

Terminin mənşəyi

“Onboarding” ingilis dilində “on board” söz birləşməsindən yaranıb və “göyərtəsində” mənasını verir. Adətən bu terminin mənasını açmaq üçün təyyarə və stüardessanın işi ilə bağlı bənzətmə aparılır: uçuşdan əvvəl sizi girişdə qarşılayırlar, oturacağınıza qədər yola salırlar, əl yükünüzü hara qoyacağınızı göstərirlər və təhlükəsizlik təlimatlarını verirlər. Bir qayda olaraq, bu cür “onboarding”dən sonra sərnişinin heç bir sualı qalmır.

Nüanslar

Eyni zamanda “işçi heyətinin onboardinqi” anlayışı da var: yeni işçini korporativ mədəniyyət, komanda, hazırkı layihələr, qəbul edilmiş qərarlar və s. ilə tanış edirlər. Bacarıqlı “onboardıng” ilə işçi yeni kollektivə daha tez uyğunlaşır. Bu cür “onboarding”in əsas məqsədi – işçinin ən qısa müddətdə effektiv olmasını və təcrübəsiz birindən tam hüququlu komanda üzvünə çevrilməsini təmin etməkdir.