6 C
Baku
Sunday, December 15, 2024

White paper (ağ vərəq) nədir?

0

Have a Question?

“White paper” – özündə hədəf auditoriya üçün hər hansısa məhsul və ya layihə haqqında əsas məlumatları ehtiva edən bir sənəddir.

Daha sadə desək, “white paper” istifadəçi üçün təlimat kitabçasıdır. Bu, 10-30 səhifədən ibarət olan və şirkətin rəsmi veb-saytından yüklənə bilən elektron sənəddir.

Ağ vərəqin əsas məqsədi – müəyyən məhsulu, xidməti, texnologiyanı və ya metodologiyanı tanıtmaq, o cümlədən potensial müştərilərin və ya investorların qərarlarına təsir göstərməkdir.

Broşüralar və digər marketinq materialları gözə çarpan olduğu halda, ağ vərəq müəyyən bir təklifin konkret problemin həlli üçün mükəmməl seçim olduğunu göstərən faktiki / texniki sübutlar məcmusudur.

Qeyd edək ki, ağ vərəqdə açıq-aşkar reklam yoxdur. Belə bir sənədə nümunə olaraq toy mərasimlərinin təşkili ilə məşğul olan agentliyin ağ vərəqi göstərilə bilər.

Əgər söhbət biznes-layihədən gedirsə, “white paper” potensial investorların bütün suallarına cavab verməlidir. Belə bir sənədə nümunə olaraq “Playkey” bulud oyun platformasının ağ kağızını göstərmək olar.

Tarix

“White paper” bizə “white book” (ağ kitab) terminini xatırladır. Bu cür kitablar müəyyən bir ölkənin hərbi inkişafının əsas istiqamətlərini təsvir edir.

“Ağ vərəq” termini 1990-cı illərdə marketinqdə istifadəolunmağa başladı.Əsasən B2B sektorunda (alıcılar adi istehlakçılar deyil, şirkətlər olduqda) istifadə olunan faydalı materialları ifadə edirdi. İndi “white paper” əsasən kriptosənayedə istifadə olunur.