6 C
Baku
Monday, December 16, 2024

Open Outcry nədir?

0

Have a Question?

Fond, ticarət və ya fyuçers birjalarında ünsiyyət metodlarından biridir. Özündə ticarət çuxurlarına verbal sorğu və təkliflər, kommersiya məlumatlarının ötürülməsini ehtiva edir. Ticarət çuxurları – ticarətin həyata keçdiyi ticarət meydançalarının bir hissəsidir. Treyderlərin biri satmaq istədiyi qiyməti qışqırır, digər treyder eyni qiymətə alacağını deyərək cavab verir. Bu halda müqavilə bağlanmış hesab olunur. Bu gün mübadilələrin böyük hissəsi elektron ticarət sistemlərindən istifadə etməklə həyata keçirilir, açıq ticarət əməliyyatları elektron ticarətlər əvəz olunur və bu, xərclərin azalmasına gətirib çıxarır.

Open Outcry termininin izahı

Açıq ticarət əməliyyatları ilə elektron ticarət arasında fərqlər var, ilk növbədə ticarət gününün müddətində. Bazarın iş saatları 8.30-dan 4:15-ə qədər davam edir. Fyuçers və opsionların açıq iclasları səhər saat 9:30-dan gecə saat 1:15-ə qədər keçirilir. Fyuçers və opsionlar üçün yaradılmış ilk elektron ticarət sistemi Çikaqo ticarət birjası tərəfindən 1992-ci ildə yaradılmışdır (Globex). Elektron hərraclar demək olar ki, 24 saat ərzində keçirilir. Hərraca çıxarılmış əmtəədən asılı olaraq hərraclar arasında 30-60 dəqiqəlik fasilələr olur.