14 C
Baku
Sunday, November 24, 2024

PayPal sistemi nədir və necə işləyir?

0

Have a Question?

PayPal (peypal) – İnternetdə pul köçürmələri əməliyyatlarının həyata keçirilməsi, habelə onlayn alış-veriş üçün nəzərdə tutulan ən böyük debet elektron ödəmə sistemidir.

2020-ci ilin mart ayında təsis edilmişdir, hazırda dünyanın 202 ölkəsində işləyir. Ümumilikdə isə sistemdə 250 milyondan çox insan qeydiyyatdan keçib, hesablamalar üçün 25 müxtəlif valyutadan birini seçmək imkanı var.

2002-ci ildən başlayaraq PayPal eBay-ın tərkibində olmuşdur. Əsas üstünlükləri: sadəlik və rahatlıq, alıcı və satıcı üçün təhlükəsizlik. WebMoney və bir sıra digər ödəmə sistemlərindən fərqli olaraq istifadəsi pulsuzdur.

PayPal sistemində qeydiyyat

PayPal vasitəsi ilə ödəniş etmək üçün istifadəçi https://www.paypal.com saytında qeydiyyatdan keçməli, hesabı təsdiqləməli və ödəniş zamanı e-poçt ünvanı və şifrəni göstərməlidir.

Qeydiyyat olduqca sadədir və iki addımdan ibarətdir. Birinci açılan pəncərədə istifadəçinin hal-hazırda olduğu ölkə göstərilir. Növbəti addım olaraq elektron poçtun adresini qeyd etmək və parol təyin etmək tələb olunur. Bundan sonra yeni pəncərə açılır və siz orada göstərilmiş boş sətirlərə şəxsi məlumatları əlavə etməlisiniz: ad, soyad, doğum tarixi, ünvan, mobil nömrə. Milliyyət avtomatik olaraq seçilir.

Screenshot1

PayPal-dan istifadə

Əgər bir müddət sonra çatdırılacaq (məsələn, poçtla) məhsul alırsınızsa, alıcı sifarişiniz sizə çatmayana qədər ödənişi almır. Bundan əlavə, alıcının ödəniş etdikdən sonra 180 gün ərzində aldığı məhsulu qaytarmaq hüququ var. Alıcı və satıcı arasındakı mübahisə müzakirəyə çıxarılır və son qərarı PayPal verir. Alıcı haqlı olduğu halda, pul onun PayPal cüzdanına geri qaytarılır.

Komissiya

Qeydiyyat pulsuzdur. Lakin hesabın təsdiq edilməsi zamanı 2 ABŞ dollarınadək məbləğ çıxıla bilər.

Sistemin digər iştirakçılarına vəsait köçürmə pulsuzdur. Lakin sizə köçürülən pulu almaq üçün komissiya ödəməlisiniz.

PayPal hesabının balansını artırmaq

Bir çox ölkələrdə bunu nağd pul ilə də etmək mümkündür. Lakin ən rahat yolu bank kartınızı PayPal sisteminə bağlamaqdır.

Siz şəxsi hesabınızı digər istifadəçilərin köçürmələri ilə də artıra bilərsiniz.