9 C
Baku
Thursday, December 12, 2024

Pul islahatı

0

Have a Question?

Pul islahatıpul tədavülünün qaydaya salınması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən, pul sistemlərinin tam və yaxud qismən dəyişdirilməsidir. Pul islahatı ölkənin iqtisadi vəziyyətindən, milli valyutanın qiymətdən düşmə dərəcəsindən, dövlətin siyasətindən asılı olaraq müxtəlif metodlarla həyata keçirilir. Belə formalara valyutaların denominasiyası, köhnə pul vahidinin əvəzinə yeni pul vahidinin (və ya köhnə pul vahidi ilə paralel) tədavülə buraxılması, milli valyutanın devalvasiyası və revalvasiyası, ayrı-ayrı pul nişanlarının yeni nümunələrlə əvəz edilməsi və s. aid edilir. Azərbaycanda pul islahatı denominasiya formasında 2006-cı ilin yanvar ayının 1-dən həyata keçirilmişdir (“Denominasiya”ya bax).