Have a Question?
Pul kütləsi-müəyyən tarixə və ya müəyyən dövr ərzində pulun hərəkətinin kəmiyyət xarakteristikasıdır. Tədavülə buraxılan kağız pulların (əsginasların) və metal sikkələrin cəmidir.
Beynəlxalq statistikada (BMT) pul kütləsinin cəmində nağd pullardan başqa, həmçinin depozit pullar da nəzərə alınır.
Beynəlxalq Valyuta Fondu bütün ölkələr üçün ümumi olan M1 göstəricisini (nağd pullar və çek kitabçalarındakı əmanətlərin bütün növləri) və daha geniş göstərici olan “kvazipul”u (təcili və əmanət bank hesablarını və bazarda dövr edən daha çox pula çevrilə bilən maliyyə vasitələrini) hesablayır.
ABŞ-da və İtaliyada pul kütləsi 4 əsas göstəriciyə, İngiltərədə 5 göstəriciyə, İsveçrə və Almaniyada 3 göstəriciyə, Fransada isə 10 göstəriciyə bölünür.