10 C
Baku
Thursday, December 12, 2024

Pulun emissiyası

0

Have a Question?

Pulun emissiyası-pulların dövriyyəyə buraxılmasıdır. Azərbaycan Respublikasında pul emissiyasına hüquq istisna olaraq Mərkəzi Banka aiddir. Azərbaycan Respublikasında pul emissiyası və pulların dövriyyədən çıxarılması, pul dövriyyəsinin təşkilinin həyata keçirilməsi haqqında Mərkəzi Bankın İdarə Heyəti qərar verir. Pul emissiyası – bankın şərtsiz öhdəliklərinə malik və onun bütün aktivləri ilə təmin olunan bank biletləri və metal sikkələr şəklində buraxılışla həyata keçirilir. Dövriyyədə pul kütləsinin artması istehsal həcminin və əmtəə və xidmətlər satışının artması ilə müşayiət olunmalıdır, əks halda pulların onlara olan tələbatdan çox olması, pulların qiymətdən düşməsinə və inflyasiyaya gətirib çıxarır.