Have a Question?
QR-kod (QR – ing. quick response, “çevik cavab”) – smartfon və digər rəqəmsal qurğular üçün yaradılmış, adi ştrikoddan daha yığcam olan koddur.
QR-kodun populyarlaşması mobil İnterneti inkişafı ilə bağlıdır. Məsələ ondadır ki, smartfonun ekranında açılmış saytların linkini QR-koda “yığmaq” çox rahatdır.
QR-kod getdikcə müxtəlif ödəmə sənədlərində tətbiq olunur ki, mobil bank və ya İnternet bank sisteminin istifadəçisi avtomatik olaraq (sənəddəki kodun şəklini çəkərək) müvafiq ödəmə şablonunu yarada bilir.