10 C
Baku
Thursday, December 12, 2024

CNP əməliyyatları (card not present) nədir?

0

Have a Question?

CNP əməliyyatları (card not present) – kartın fiziki iştirakı olmadan həyata keçirilən əməliyyatlara deyilir, yüksək riskli tranzaksiyalar qrupuna aid olunurlar, çünki kart sahibinin və onun imzasının olmasını tələb etmirlər. Virtual kart ödəmələrinin hamısı CNP əməliyyatlara aid olunur.

Qeyd etmək lazımdır ki, əksər onlayn mağazalar ödəniş sistemlərinin qadağasına baxmayaraq, plastik kartlarda olan məlumatları serverdə saxlayırlar. Bu, təhlükəsiz deyil, çünki serverlər fırıldaqçılar tərəfindən “hack” edildikdə, kart haqqındakı məlumatlar dərhal oğurlanır. CNP əməliyyatları üzrə fırıldaqçılıq dünyada ikinci yerdədir.

Əksər banklar texniki olaraq CNP əməliyyatlarını qadağan edə bilərlər, bu müştərinin tələbi ilə həyata keçirilir.