19 C
Baku
Sunday, May 5, 2024

Rally nədir?

0

Rally nədir?

Səhmlərin, istiqrazların və ya indekslərin qiymətlərində sabit artım dövrüdür. Qiymətlərin bu tip hərəkəti ya “öküzün” bazarında, yada “ayının” bazarında baş verə bilər. Adətən bu halda belə bir dövrə “öküz bazarının rally-si” və ya “ayı bazarının rally-si” deyirlər.

Rally bazarda pul köçürmələrinin çox olması və hərracların keçirilməsi səbəbindən yaranır. Rally-nin miqyası və uzunluğu satınalma gücündən və satıcıların kəmiyyət təzyiqindən asılıdır. Məsələn, alıcıların sayı çox olsa da, investorlar satmağa hazır deyillər, bu halda rally daha ucun müddət ərzində davam edir. Alıcı və satıcı sayı eyni dərəcədə çox olduqda isə rally-nin davam etdiyi müddət daha qısa, qiymət dəyişikliyi isə daha az olur.

“Rally” termini dəyərin artdığı zaman da istifadə olunur. Rally – bir ekstremumdan digər ekstremuma doğru hərəkət edən dəyişəndir və tamamilə ticarət dövründən asılıdır.

Treyder və ya insanın rally-si ticarət gününün ilk 30 dəqiqəsində qiymət artımı ilə xarakterizə edilə bilər. Hər hansısa investisiya fondunun meneceri isə qrafikdəki mənzərəyə daha geniş baxaraq, təqvimin son rübünü rally kimi qəbul edə bilər (ötən il ayı bazarı olsa belə).