11 C
Baku
Monday, November 25, 2024

Soft skills (yumşaq bacarıqlar) nədir?

0

Have a Question?

“Soft skills” (yumşaq bacarıqlar) – həyat problemlərini həll etməyə və digər insanlarla işləməyə kömək edən bacarıqlardır (dərketmə, kommunikasiya, emosional zəka, komanda işi və onun idarə edilməsi).

Adətən “soft skills” termini “hard skills” (iş prosesində konkret problemləri həll etmək üçün lazım olan peşəkar bacarıqlar) termininə qarşı istifadə olunur.

“Soft skills” əmək bazarında hər bir mütəxəssis üçün vacibdir. İnsan resursları işçiləri arasında belə bir deyim var: “Hard skills is a must, soft skills make you different” (peşə bacarıqlarının olması mütləqdir, yumşaq bacarıqlar isə sizi hamıdan fərqli edir).

Nüanslar

Yumşaq bacarıqları şərti olaraq bir neçə qrupa ayırmaq olar:

– şəxsi bacarıqlar (dərketmə, emosional zəka, refleksiya, məqsədqoyma, vaxt idarəetməsi);

– kommunikasiya bacarıqları (kütlə qarşısında çıxış etmək, danışıqlar aparmaq, ünsiyyət qurmaq, aktiv idarəetmə, düzgün suallar vermək, mübahisə etmək və s.);

– sistemlərin qurulması (strateji, sistemli və yaradıcı düşüncə, proseslərin təşkili, insanları idarə etmək bacarığı).

Yumşaq bacarıqları inkişaf etdirməyin bir neçə yolu var. Bu məqsədlə xüsusi kurslara və təlimlərə gedə, ixtisaslaşdırılmış ədəbiyyatı özünüz öyrənə bilərsiniz. Eyni zamanda yumşaq bacarıqları refleksiya və başqalarının necə davrandığını müşahidə etməklə inkişaf etdirə bilərsiniz.

Fakt

Yaxşı mütəxəssis üçün həm yumşaq, həm də sərt bacarıqlar vacibdir. Bu halda o müxtəlif mürəkkəb problemləri həll edə biləcək. “Google”un 2017-ci ildə apardığı daxili araşdırmalara görə, korporasiyanın ən yaxşı komandaları güclü yumşaq bacarıqlara malik işçi qruplarıdır.

Rəqəm

Harvard, Stenford və Karneqi Fondunun alimlərinin tədqiqatlarına görə, “soft skills” hər hansı bir peşədə uğurun 85%-dir. “Hard skills” isə burada cəmi 15% təşkil edir.