12 C
Baku
Wednesday, December 11, 2024

Nizamnamə kapitalı nədir?

0

Have a Question?

Nizamnamə kapitalı – hüquqi şəxsin kreditorlarının maraqlarını təmin edəcək əmlakın minimum miqdarıdır.

Sadə dildə desək, nizamnamə kapitalı – təşkilatın kreditorlara zəmanət verdiyi məbləğdir.

Nizamnamə kapitalının məbləği təşkilatın təsisçiləri arasında bölüşdürülür, bütün məlumatlar isə şirkətin nizamnaməsində qeyd olunur. Terminin adı da bundan irəli gəlir – “nizamnamə kapitalı”.

Nüanslar

Nizamnamə kapitalının bir neçə funksiyası var:

1. Bölüşdürmə – şirkətin kimə və hansı nisbətdə məxsus olduğunu göstərir. Təsisçilərin hər biri nizamnamə kapitalına nə qədər sərmayə qoyubsa, pay da ona uyğun müəyyənləşdirilir.

2. Zəmanət – şirkət iflas etdiyi təqdirdə, kreditorlar pullarının bir hissəsini geri qaytara bilirlər.

3. Nüfuz – nizamnamə kapitalı nə qədər yüksək olsa, müştərilərin, maliyyə qurumlarının və biznes tərəfdaşların ona qarşı olan inamı da bir o qədər yüksək olur.

Aşağı nizamnamə kapitalı hüquqi şəxsin etibarsız olduğu demək deyil. Hətta böyük şirkətlərin belə nizamnamə kapitalı minimum olur. Lakin böyük nizamnamə kapitalı kontragentin şübhəsiz etibarlı olduğunu göstərir – əgər hər hansısa iddialarınız olsa, onları nizamnamə kapitalı hesabına kompensasiya edə biləcəksiniz.

Faktlar

Nizamnamə kapitalının olması – şirkətin dövlət qeydiyyatı üçün əsas şərtlərdən biridir.

Nizamnamə kapitalı zamanla artırıla və ya azaldıla bilər.

Nizamnamə kapitalı təkcə pulla deyil, həm də əmlak və ya qiymətli kağızlarla artırıla bilər. Lakin nizamnamə kapitalının minimum məbləği həmişə pulla ödənilir.

Qurucunun təşkilatdakı payını bağışlamaq, satmaq və miras qoymaq hüququ var. Bu cür nüanslar nizamnamədə təsvir edilir. Bundan əlavə, şirkətin qurucusu istənilən vaxt işdən çıxa və digər quruculardan payını ala bilər.